Salyanda baş vermiş yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Salyanda baş vermiş yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Ötən gün Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 20:38 radələrindən başlayaraq 12 nəfər (hər biri kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Onların vəziyyətləri stabil qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, dünən Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub. Hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib. Nəticədə 12 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.