Diplomatik mənbə: Musəvi Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək - YENİLƏNİB

Diplomatik mənbə: Musəvi Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək - YENİLƏNİB

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.

Bu barədə “Birxeber.Az”a diplomatik mənbədən məlumat verilib.

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, - məlumatda vurğulanıb.

2024-03-29 20:42

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbədən IRNA-ya məlumat verilib.

Məlumata görə, mövcud razılaşmalar çərçivəsində İran Azərbaycana yeni səfir göndərəcək.