Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb

Fransa polisi məktəbdə terror aktı hazırlamaqda, habelə təhsil müəssisəsinin işçilərini ölümlə hədələməkdə şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayıb.

APA xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

“Yeniyetmə Bordo yaxınlığında Senon kommunasındakı evində saxlanılıb. O, təhsil müəssisəsini terror aktı ilə, müəllimləri və liseyin rəhbərliyini ölümlə hədələməkdə şübhəli bilinir", - məlumatda deyilir.

Bildirilir ki, məktəbli günahını qismən etiraf edib.