Keniyada “Əş-Şəbab” silahlılarının hücumu nəticəsində 6 nəfər ölüb

Keniyada “Əş-Şəbab” silahlılarının hücumu nəticəsində 6 nəfər ölüb

Keniyada “Əş-Şəbab” silahlılarının Somali ilə sərhəd yaxınlığındakı qəsəbəyə hücumu nəticəsində azı 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli polis nümayəndələrinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, ölənlərin hamısı keniyalıdır. Hücum zamanı daha bir nəfərin ağır yaralandığı bildirilir.

Bundan əvvəl Keniya hökuməti martın 9-da yol kənarında baş verən partlayışda doqquz keniyalı zabitin yaralanmasından sonra Somali ilə sərhəd yaxınlığında təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, “Əş-Şəbab” qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. Əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərən qruplaşmanın 10 minə yaxın silahlısı var.