Gəncədə yanğın olan evdən meyit tapılıb

Gəncədə yanğın olan evdən meyit tapılıb

Gəncə şəhəri Vaqif küçəsində yanğın olan fərdi evlərin birindən meyit aşkarlanıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Meyitin 1951-ci il təvəllüdlü Tilayi Nasir Yadulla oğlu olduğu müəyyənləşib. Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.