Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürüb

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Düz Cırdaxan kəndində sərnişin avtobusu rayon sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Rəfa Nurəddin qızını vurub.

Piyada ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.