Berbok: Ukraynaya dəstək bizim təhlükəsizliyimizin təminatıdır

Berbok: Ukraynaya dəstək bizim təhlükəsizliyimizin təminatıdır

Almaniya xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynaya dəstək Avropanın təhlükəsizliyinə zəmanətdir.


Birxeber.Az xəbər verir ki, bu barədə Almaniya XİN rəhbəri "Funke Media Group"a müsahibəsində deyib.
Annalena Berbok müharibədə Ukraynanın məğlubiyyəti barədə xəbərdarlıq edərək: "Ukrayna məğlub olsa nə baş verəcəyini təsəvvür etmək mümkün deyil. Bu müharibədə insanlıq qələbə çalmalıdır və burada Ukrayna insanlığın tərəfindədir. Əgər Putin qalib gəlsə, bizim hamımızın Avropada təhlükəsizliyi və beynəlxalq asayiş risk altında olacaq. Ukraynaya dəstək bizim təhlükəsizliyimizin təminatıdır", - deyə vurğulayıb.

Lakin Almaniya XİN rəhbəri Fransa rəsmilərindən fərqli olaraq quru qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.

"Putinin məqsədi Ukraynanın müstəqil, azad ölkə kimi mövcudluğunu məhv etmək və NATO-nu müharibəyə sürükləmək idi və bundan sonra da olacaq. Biz əvvəldən buna heç vaxt icazə verməyəcəyimizi açıqlamışıq və bu doğru yanaşmadır".


Eyni zamanda, Berbok "Taurus" qanadlı raketlərinin Ukraynaya mümkün çatdırılması ilə bağlı ictimai müzakirələrin davam etməsinə qarşı xəbərdarlıq edib. "Rusiyanın müharibə təbliğatı Qərb demokratiyalarını parçalamaq və sabitliyi pozmaq məqsədi daşıyır. Biz buna icazə verə bilmərik", o deyib.


"Kansler Olaf Şoltsun Rusiya Prezidenti Putindən qorxduğu üçün "Taurus"un çatdırılmasına mane olub-olmadığı" barədə suala cavab verən XİN rəhbəri: "Kansler Putindən qorxmur", - deyə bildirib.