Tədiyyə balansının profisiti 5,4 mlrd. dollara yaxınlaşıb

Tədiyyə balansının profisiti 5,4 mlrd. dollara yaxınlaşıb

2023-cü ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5,36 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlli ilə nisbətən 43% azdır.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər.

AMB qeyd edib ki, tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft və qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının artımından təsirlənib: "Cari əməliyyatlar balansında 8.3 mlrd. dollar həcmində profisit formalaşıb, kapitalın və maliyyənin hərəkəti balansında isə 4.3 mlrd.dollarlıq kəsir yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 5.4 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 86 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 11.1% artaraq 3.3 mlrd. dollar səviyyəsində formalaşıb".