Lavrov Çinin Ukrayna ilə bağlı təklif etdiyi sülh planına münasibət bildirib

Lavrov Çinin Ukrayna ilə bağlı təklif etdiyi sülh planına münasibət bildirib

Moskva öz maraqlarını nəzərə alaraq, Ukrayna üzrə sülh danışıqlarının digər iştirakçılarının qanuni maraqlarını təmin etməyə hazırdır.

Birxeber.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

O, Çinin Ukrayna ilə bağlı təklif etdiyi planın üstünlüklərindən danışıb.

Nazirin qeyd edib ki, burada Qərbin xüsusi hərbi əməliyyatdan xeyli əvvəl tətbiq etdiyi və qıcıq doğuran birtərəfli sanksiyaların aradan qaldırılmasının zəruriliyindən danışılır.

Lavrov vurğulayıb ki, Moskva prosesin bütün iştirakçıları üçün bərabər təhlükəsizliyə can atır.

XİN başçısı əmindir ki, sülhə Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulu”nun şərtləri ilə deyil, danışıqlar masası arxasına əyləşməklə nail olmaq olar.