KİV: Sepah etirazçılara təzyiq etməyən bəsic komandirini qətlə yetirib

KİV: Sepah etirazçılara təzyiq etməyən bəsic komandirini qətlə yetirib

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) üzvü, bəsic komandiri Qasim Fətullahi Sepahın kəşfiyyatı tərəfindən qətlə yetirilib.

“Report” xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, Qasim Fəatullahi İranda keçirilən etiraz aksiyasını dağıtmaqdan, onlara təzyiq etməkdən imtina edib. Bildirilib ki, qvardiya rəhbərliyi onun etirazçılarla əlaqəsi olduğu qənaətinə gəlib. Fətullahinin hərəkətinin Sepah və onun əsas bazası sayılan bəsiclər arasında yayılacağından ehtiyatlanan kəşfiyyat üsyankar üzvünü sıradan çıxarıb. Mütəxəssislər hesab edir ki, Tehran hakimiyyəti bununla hərbi-polis qüvvələri arasında xof yaratmağa çalışır.

Məlumata görə, Fətullahi etirazçılarla “PlayStation” qurğusu vasitəsi ilə təmas qururmuş. Bildirilib ki, ona hücum edən şəxs “PlayStation”u da aparıb.

İnformasiyaya əsasən, etirazçılar əlaqələrini bu qurğu vasitəsi ilə tənzimləyirlər.

“Tasnim” xəbər agentliyi isə Qasim Fətullahi qardaşının evini qarət etməyə cəhd edən silahlı quldur tərəfindən öldürüldüyünü iddia edib. Agentlik bu “sui-qəsd işi”nin istintaqını Tehran kəşfiyyat polisinin apardığını bildirib.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Qvardiyasının üzvünün öldürülməsi ilə bağlı işin Kəşfiyyat İdarəsinə verilməsi qeyri-adi bir hərəkət sayılır və Sepah kəşfiyyatının həqiqəti ört-basdır etmək cəhdi də ola bilər.

Son illərdə İranın Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən törədilən bir çox hökumət sui-qəsdləri faktiki olaraq ört-basdır edilmək və unudulmaq üçün polisin kəşfiyyat idarəsinə verilib.

Qeyd edək ki, “Fars” və “Tasnim” agentlikləri Qasim Fətullahinin yanvarın 3-də Tehranda yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən 4 güllə ilə vurularaq öldürüldüyünə dair məlumat yaymışdı.

Region Region
Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib

Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib

Region Region
Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb - YENİLƏNİB-3

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb - YENİLƏNİB-3

Region Region
Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?

Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?

Region Region
İrəvan merinin müavini və daha 10 nəfər korrupsiya ilə əlaqədar saxlanılıb

İrəvan merinin müavini və daha 10 nəfər korrupsiya ilə əlaqədar saxlanılıb

Region Region
Markov: “Ermənistan rəhbərliyi KTMT-nin fəaliyyətini pozmaq üçün hər şey edir”

Markov: “Ermənistan rəhbərliyi KTMT-nin fəaliyyətini pozmaq üçün hər şey edir”

Region Region
Türkiyədə avtobus aşıb, ölən və yaralananlar var

Türkiyədə avtobus aşıb, ölən və yaralananlar var

Region Region
Ermənistan ordusunun kapitanı dövlətə xəyanətdə ittiham edilərək həbs olunub

Ermənistan ordusunun kapitanı dövlətə xəyanətdə ittiham edilərək həbs olunub

Region Region
Ermənistanda yanaraq ölən hərbçilərin komandiri 2 ay müddətinə həbs olunub

Ermənistanda yanaraq ölən hərbçilərin komandiri 2 ay müddətinə həbs olunub

Region Region
FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur"

FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur"

Region Region
İranda Belçika vətəndaşı 28 il müddətinə azadlıqdan məhrum edilib

İranda Belçika vətəndaşı 28 il müddətinə azadlıqdan məhrum edilib

Region Region
Türkiyə XİN başçısı: “Son 5 ildə xarici siyasətdə tarix yazırıq”

Türkiyə XİN başçısı: “Son 5 ildə xarici siyasətdə tarix yazırıq”

Region Region
Qazaxıstanda şaxtada partlayış olub, ölənlər var

Qazaxıstanda şaxtada partlayış olub, ölənlər var