Azərbaycanın Əməkdar artisti vəfat edib

Azərbaycanın Əməkdar artisti vəfat edib

Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

Bu barədə "Birxeber.Az"a aktyorun oğlu Rəşad Əliyev məlumat verib.

O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib. O, sabah "Qurd qapısı" qəbirstanlığında dəfn ediləcək.

Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.