Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 114 manatdır.

İddiaçılar təkliflərini aprelin 19-na qədər DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 19-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.