Azərbaycan boksçusu Avropa çempionu olmaq istəyir

Azərbaycan boksçusu Avropa çempionu olmaq istəyir

Azərbaycan boksçusu Həsən Məlikov (48 kq) Avropa çempionu olmaq istəyir.

"Report"un məlumatına görə, idmançı bunu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin final görüşündən sonra junalistlərə açıqlamasında deyib.

Beynəlxalq turnirin qalibi olan H.Məlikov aprelin 15-də Serbiyada startı veriləcək qitə birinciliyində eyni uğuru təkrarlamaq niyyətindədir.

Boksçu “Böyük İpək Yolu” beynəlxalq turnirinin yarımfinal və final görüşlərinin çətin keçdiyini sözlərinə əlavə edib: “Yarış çox yaxşı keçdi, güclü mübarizə oldu. Rəqiblərim də yüksək səviyyəli idmançılar idi. Yarımfinalda Asiya çempionu olan Özbəkistan idmançısı Şodiyorjon Melikuziyevə qarşı çıxış etdim. Həmin görüşü ürəyim istəyən səviyyədə keçirdim. Finaldakı rəqibim isə dünya çempionu Temirtaş Yussupov (Qazaxıstan) idi. Ancaq onunla duelə də yaxşı hazırlaşmışdım və sonda qalib gəldim”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-29-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək.