Ukraynada hərbi vəziyyət rejimi mayın 25-dək uzadıldı
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib.
Bu barədə Birxeber UNİAN-a istinadla xəbər verir.
Hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərmişdi.
Birxeber