Əli Nağıyev: Ötən il 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb

Əli Nağıyev: Ötən il 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb

2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb.

Birxeber.Az xəbər verir ki, bunu DTX-ın rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.