Şəmkirdə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb  - YENİLƏNİB

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M. Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü. Mehdiyev saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Araşdırma davam etdirilir.

***
23:05

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M. Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınlarının dediyinə görə, hadisə M. Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.