Peskov: Moskva Bakı ilə İrəvan arasında təmasların davam etməsini alqışlayır
“Moskva Bakı ilə İrəvan arasında təmasların davam etməsini alqışlayır”.
Birxeber.Az-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, bu müzakirələr yenilənmə və tərəflər arasındakı mübahisəli məqamların həlli üçün vacibdir.