Rusiyanın xarici kəşfiyyat rəisi Şimali Koreyada səfərdə olub

Rusiyanın xarici kəşfiyyat rəisi Şimali Koreyada səfərdə olub

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə martın 25-dən 27-dən Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.

“Səfər zamanı KXDR-in dövlət təhlükəsizliyi naziri Li Çan De ilə <...> Narışkin arasında danışıqlar, eləcə də KXDR-in Dövlət Təhlükəsizlik Nazirliyinin işçiləri və RF XKX-nin nümayəndə heyətinin üzvləri arasında işgüzar danışıqlar aparılıb”, – agentlik diqqətə çatdırıb.

Bildirilib ki, tərəflər “düşmən qüvvələrin artan casusluğuna və fitnəsinə cavab olaraq əməkdaşlığın daha da gücləndirilməsi üçün işgüzar məsələləri geniş və ciddi şəkildə müzakirə ediblər”.