İtaliyada 5 bal gücündə zəlzələ baş verib

İtaliyada 5 bal gücündə zəlzələ baş verib

İtaliyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 8 min nəfərin yaşadığı Tolmedzo kommunasından 13 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.