Göygöldə 18 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Göygöldə 18 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Göygöldə 18 yaşlı gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

Birxeber.Az-nın yerli bürosunun xəbərinə görə, bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Nihat Musayev istintaqa təhvil verilib.

***
21:44

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü Nihat Mirzəyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.