ADY sədri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı dəyirmi masada iştirak edib

ADY sədri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı dəyirmi masada iştirak edib

26 yanvar tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə Respublikasının Ankara şəhərində baş tutmuş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası çərçivəsində təşkil olunmuş dəyirmi masada iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən "Birxeber.Az-Economics"ə verilən xəbərə görə, dəyirmi masada marşrut üzrə ötən il ərzində qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzində marşrutun səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar, xüsusən də Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb.

Həmçinin tədbirdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri və ondan irəli gələn tövsiyələri barədə məlumat verilib.