Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

17:29

Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Meyit Sumqayıt Uşaq Xəstəxanasının həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.