Futbol klubunun avtobusu qəzaya uğrayıb

Futbol klubunun avtobusu qəzaya uğrayıb

Syerra Leonenin "Port Osoriti" futbol klubunun avtobusu yerli çempionat matçına yollanarkən qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə Kenema şəhərində baş verib.

Qəza nəticəsində "Port Osoriti" klubunun baş məşqçisi Lamin Banqura dünyasını dəyişib. Futbolçular və digər komanda üzvlərinin ciddi şəkildə yaralandığı bildirilib.

Qeyd edək ki, qəzanın təfərrüatı ilə bağlı yerli təhqiqat orqanlarının araşdırmasından sonra ictimaiyyətə açıqlama veriləcək.