Bu il iki mindən çox yeraltı təkan baş verib

Bu il iki mindən çox yeraltı təkan baş verib

Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır: "Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".