Birxeber.az / Bu il iki mindən çox yeraltı təkan baş verib

Bu il iki mindən çox yeraltı təkan baş verib

27-03-2024, 11:50

Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır: "Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".

Geri qayıt