Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb

Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb

Bu gün saat 00:26 radələrində Mingəçevir ərazisində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Birxeber.Az-Economics”ə verilən məlumata görə, baş vermiş qəza nəticəsində sürücü vəfat edib.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır”, - məlumatda qeyd olunub.