Gürcüstanın qələbəsi Tbilisidə coşqu ilə qarşılanıb - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstanın qələbəsi Tbilisidə coşqu ilə qarşılanıb - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstan millsinin futbol üzrə Avropa çempionatında çıxış etməsi Tblisidə coşqu ilə qarşılanıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər əllərində Gürcüstan bayrağı ilə paytaxt küçələrində komandalarının qələbəsini qeyd ediblər.

***

26.03.2024

Saat 23:43

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

APA xəbər verir ki, komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.

Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.

Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.

Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.

Burda rəqibindən daha üstün (4:2) olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.