Qubada ağac kəsən şəxs barəsində tədbir görülüb

Qubada ağac kəsən şəxs barəsində tədbir görülüb

Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət tədbiri zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və təbiətə ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı akt tərdib olunub, tədbirlər davam etdirilir.