Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

“Biz bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.

“Report”un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı şərh edərkən bildirib.

O, Azərbaycan ərazisində müvvəqqəti yerləşən Rusiya sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər hesab etdiklərini vurğulayıb.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - M.Zaxarova deyib.

O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib: “Ümidvarıq ki, tərəflər regionda filiz yataqlarının işlənməsinə dair razılığa gələcəklər”.

XİN rəsmisi regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmamasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, ekspertlər, hər iki ölkənin parlamentariləri, ictimai xadimləri arasında əlaqələrin qurulmasına yönəlmiş bütün üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsinə tərəfdar olduqlarını bildirib.

Xarici siyasət Xarici siyasət
“Vaşinqtonun arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir” - RƏY

“Vaşinqtonun arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir” - RƏY

Xarici siyasət Xarici siyasət
XİN: "Ermənistanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi ilə bağlı iddiaları reallıqları saxtalaşdırmaq cəhdidir"

XİN: "Ermənistanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi ilə bağlı iddiaları reallıqları saxtalaşdırmaq cəhdidir"

Xarici siyasət Xarici siyasət
AK Prezidenti: "Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir"

AK Prezidenti: "Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidentini qəbul edib

Xarici siyasət Xarici siyasət
XİN: “Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini reinteqrasiya etmək əzmindədir”

XİN: “Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini reinteqrasiya etmək əzmindədir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri ermənilərə müraciət edib: "Birgəyaşayış istəyirsinizsə, sülh prosesini dəstəkləyin”

Azərbaycan səfiri ermənilərə müraciət edib: "Birgəyaşayış istəyirsinizsə, sülh prosesini dəstəkləyin”

Xarici siyasət Xarici siyasət
Kahramanmaraşda zəlzələdə 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i hələ də dağıntılar altında qalıb

Kahramanmaraşda zəlzələdə 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i hələ də dağıntılar altında qalıb

Xarici siyasət Xarici siyasət
Xarici diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb

Xarici diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb

Xarici siyasət Xarici siyasət
Rumıniya Qarabağda keçirilən qondarma seçkiləri tanımır

Rumıniya Qarabağda keçirilən qondarma seçkiləri tanımır

Xarici siyasət Xarici siyasət
Dövlət Departamenti: "ABŞ Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etdirilməsinə çalışır"

Dövlət Departamenti: "ABŞ Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etdirilməsinə çalışır"

Xarici siyasət Xarici siyasət
Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”

Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”

Xarici siyasət Xarici siyasət
Şalva Papuaşvili Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına görə İlham Əliyevə minnətdarlıq edib

Şalva Papuaşvili Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına görə İlham Əliyevə minnətdarlıq edib