Qırğızıstanda yol qəzasında 5 nəfər ölüb, 13 nəfər yaralanıb
Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında ağır yol qəzası baş verib.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qırğızıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 5 nəfər ölüb.
Onlardan 4 nəfəri hadisə yerində, 1-i isə xəstəxanada həyatını itirib.
Qəzada 13 nəfər xəsarət alıb.
Əhməd Əkbərov