Çində magistralın çökməsi nəticəsində 36 nəfər ölüb - YENİLƏNİB-1

Çində magistralın çökməsi nəticəsində 36 nəfər ölüb - YENİLƏNİB-1

Çinin cənubundakı Quandun əyalətindəki magistralın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı artıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisədə ölənlərin sayı 36 nəfər olub.

Dağıntılar altından 23 avtomobil çıxarılıb.

Nəşrin məlumatına görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.

***

01.05.2024

Saat 09:23

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

Birxeber.Az xəbər verir ki, bu barə "Sinxua" agentliyi məlumat yayıb.

Ən azı 30 nəfər yaralanıb və xəstəxanaya aparılıb.

***

08:29

Çinin Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çöküb, 18 avtomobil dağıntılar altında qalıb.

Birxeber.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Meyçjou şəhərində baş verib.

Bildirilib ki, sağıntılar altından 31 nəfər xilas edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.