Ermənistanda polis bölməsinə hücumun iştirakçıları məlum olub

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları məlum olub

İlkin məlumata görə, martın 24-də Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə hücum edənlər, “Milli Demokratik Qütb” təşkilatının üzvləridir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib.

“Biz ilkin məlumatları dərc etdik: üç hücumçu var idi, onların ad və soyadlarını açıqladıq. İlkin məlumata görə, onlar “Milli Demokratik Qütb”ün üzvləridir”, - Sarkisyan deyib.

“Milli Demokratik Qütb” mütəmadi olaraq ABŞ-lə müttəfiqlik münasibətləri qurmağa çağırır. Həmçinin təşkilatın bir neçə üzvü 2016-cı ildə İrəvanda patrul alayının ələ keçirilməsində iştirak edib.