Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB-1

Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB-1

Bakıda dəm qazından boğularaq ölən qardaşlar Tovuzda dəfn ediliblər.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, onlar doğulduqları Ağbulaq kəndində torpağa tapşırılıblar.

Dəm qazından boğularaq dünyasını dəyişən qardaşların atası Asif Həsənov bildirib ki, övladları Bakıda kirayədə qaldıqları evdə sobadan yaranan dəm qazından boğulublar. Onun sözlərinə görə, 24 yaşlı Əli və qardaşı 22 yaşlı Sərxan yuxuda olan zaman dəm qazından zəhərləniblər. Onlardan xəbər ala bilməyən yaxınları evə gedib və qardaşların meyitini aşkarlayıblar.

***

16.02

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***

13.37

Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

Birxeber.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb.

Rayon ərazisindəki evdə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qarsaşın meyitlərini aşkar ediblər.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sərxan Həsənovun 2019-cu ildə qəbul imtahanlarında 696 bal topladığı, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü olduğu bildirilir.

Fuad Nazimoğlu

Səlcuq Elçin