Moskvadan İrəvana uçan təyyarənin sərnişini çantasında bomba olduğunu deyib - YENİLƏNİB-2

Moskvadan İrəvana uçan təyyarənin sərnişini çantasında bomba olduğunu deyib - YENİLƏNİB-2

Şeremetyevoda sərnişinlərin, əl yükünün və baqajın hərtərəfli yoxlanılmasından sonra daşınması qadağan olunmuş heç bir maddə aşkar edilməyib.

APA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, təyyarə Moskva vaxtı ilə saat 16:12-də bort İrəvana uçub.

***

17:06

Şeremetyevoda təyyarədə olan sərnişin təyyarə bələdçisinin telefon danışığından əsəbiləşdiyi üçün bomba xəbərini verib.

APA xəbər verir ki, partlayıcılarla bağlı ifadənin zarafat olduğu üzə çıxıb.

***

15:52

Moskvanın Şeremetyevo hava limanında bir sərnişin bel çantasında bomba olduğunu deyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə 112 teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şeremetyevo hava limanında bomba xəbəri yayıldıqdan sonra İrəvana uçuş gecikib.

Bu barədə təyyarənin sərnişinlərindən biri stüardessalara məlumat verib. Hazırda təyyarənin yola salınması saxlanılıb, polis araşdırma aparır.