İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum edib, yaralılar var - VİDEO - YENİLƏNİB-2

İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum edib, yaralılar var - VİDEO - YENİLƏNİB-2

İrəvanda polis idarəsinə hücumu 3 nəfər həyata keçirib, onlardan ikisi partlatdıqları qumbara nəticəsində yaralanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qumbara ilə silahlanmış bir nəfər hələ də şöbədə qalır.

***

18:05

“Döyüş Qardaşlığı” təşkilatı İrəvanda polis idarəsinə hücumda iştirakını inkar edir.

Birxeber.Az xəbər verir ki, bu barədə infoteka24 məlumat yayıb.

İlkin məlumata görə, polis idarəsinə hücum edənlər “Sasna Tsrer” təşkilatının üzvləridir.

***

17:47

İrəvanın Nor Nork rayonunda polis idarəsinin binası yaxınlığında iki nəfər qumbara partlatmaqla hədələyib, binanın həyətində partlayış baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Məlumata görə, idarə binasının yaxınlığında toplaşan, əsasən, “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olan bir qrup vətəndaş təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.

Binaya çoxlu sayda polisin gəldiyi qeyd edilir.

Sputnik Armenia isə xəbər verir ki, İrəvanda silahlı şəxslər polis idarəsinin binasına soxulublar.

İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb və yaralılar var.

Bu qrupun daha üç nümayəndəsinin idarənin içərisində olduğu deyilir.

Polis binasına xüsusi təyinatlılar və qırmızı beretlər yerləşdiriləcək.

Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlayıb.

Təşkilatın liderlərindən biri də son vaxtlara qədər Nikol Paşinyan hökumətinin hərəkətlərini tam dəstəkləyən Hrant Ter-Abrahamyandır.