Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb.

"Birxeber.Az" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

Azərbaycan (U-18) - "Daçka Şerifalı" (U-18) 67:58
Azərbaycan (U-16) - "Daçka Şerifalı" (U-16) 61:56
Azərbaycan (U-18) - "Sakarya Asaş" (U-18) 71:68
Azərbaycan (U-16) - "Sakarya Asaş" (U-16) 83:53
Azərbaycan (U-18) - "İstanbul Yıldızları" (U-18) 56:53
Azərbaycan (U-16) - "İstanbul Yıldızları" (U-16) 72:60