Birxeber.az / Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb

23-03-2024, 22:40

Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb.

"Birxeber.Az" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

Azərbaycan (U-18) - "Daçka Şerifalı" (U-18) 67:58
Azərbaycan (U-16) - "Daçka Şerifalı" (U-16) 61:56
Azərbaycan (U-18) - "Sakarya Asaş" (U-18) 71:68
Azərbaycan (U-16) - "Sakarya Asaş" (U-16) 83:53
Azərbaycan (U-18) - "İstanbul Yıldızları" (U-18) 56:53
Azərbaycan (U-16) - "İstanbul Yıldızları" (U-16) 72:60

Geri qayıt