Gədəbəydə piyadanı avtomobil vuraraq öldürüb

Gədəbəydə piyadanı avtomobil vuraraq öldürüb

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, rayonun Kiçik Qaramurad kənd ərazisində avtomobil 2011-ci il təvəllüdlü Nağıyev Elmir Azər oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.