“Finiks” klubunun hücumçusu NBA-da əfsanəvi basketbolçunu arxada qoyub

“Finiks” klubunun hücumçusu NBA-da əfsanəvi basketbolçunu arxada qoyub

ABŞ-nin “Finiks” basketbol klubunun hücumçusu Kevin Durant NBA tarixində toplanan xallara görə 8-ci yerə yüksəlib.

"Birxeber.Az" xəbər verir ki, 35 yaşlı amerikalı “Filadelfiya” ilə son oyunda 28597-ci xalını toplayıb. O, bu göstəricidə əfsanəvi sabiq basketbolçu Şakil O'Nili arxada qoyub.

Qeyd edək ki, 7-ci yerdə karyerası ərzində 31419 xal toplayan Uilt Çemberlen qərarlaşıb. Siyahıya karyerasını hazırda "Los-Anceles Leykers" klubunda davam etdirən Lebron Ceyms (40179 xal) başçılıq edir.