"Milan"ın futbolçusu Əlcəzair millisinin düşərgəsindən ayrılıb

"Milan"ın futbolçusu Əlcəzair millisinin düşərgəsindən ayrılıb

İtaliyanın "Milan" klubunun futbolçusu İsmael Bennaser zədə səbəbindən Əlcəzair millisinin düşərgəsindən ayrılıb.

"Report" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi əzələlərində ağrı hiss edib.

O, müalicə olunmaq üçün tezliklə İtaliyaya qayıdacaq.

Qeyd edək ki, İsmael Bennaser bu mövsüm bütün turnirlərdə 15 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.