Paşinyan: “Ermənistan və Azərbaycan xəritələr məsələsində hələ razılığa gəlməyib”

Paşinyan: “Ermənistan və Azərbaycan xəritələr məsələsində hələ razılığa gəlməyib”

Ermənistan və Azərbaycan hələ ki, sərhədin delimitasiyası ilə bağlı xəritələr barədə razılığa gəlməyib.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib.

“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Alma-Ata Bəyannaməsinə əsaslanaraq, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı prinsip əsasında tanıması haqqında saziş var”, - deyə Paşinyan qeyd edib.