2023-cü ildə Fransada din və etnik mənsubiyyətə görə irqçi cinayətlər artıb

2023-cü ildə Fransada din və etnik mənsubiyyətə görə irqçi cinayətlər artıb

2023-cü ildə Fransada 15 minə yaxın irqçilik, ksenofobiya və din əleyhinə törədilən cinayətlər törədilib. Bu da 2022-ci illə müqayisədə 32 faiz artım deməkdir.

APA xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin Statistika Xidməti 2023-cü il üçün ksenofobiya və ya din əleyhinə cinayətlərə dair hesabatını dərc edib.

Hesabatda Fransada polis və jandarma tərəfindən 2023-cü ildə təxminən 15 min irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər qeydə alındığı və bunlara yalnız təhlükəsizlik xidmətlərinə ötürülən cinayətlərin daxil edildiyi qeyd edilib.

Hesabatda bunlardan 8 min 5 yüzünün yüksək və orta səviyyəli cinayətlər kateqoriyasına aid olduğu, 6 min 4 yüzünün isə yalnız cərimə ilə nəticələnən cinayətlər olduğu deyilir.

Hesabatda yüksək və orta səviyyəli cinayətlər kateqoriyasına daxil olan irqçi cinayətlərin 61 faizinin təhqir, təxribat və ya ictimai alçaldılma şəklində baş verdiyi qeyd edilib.