Türkiyədə dayancaqda atışma olub, ölən və yaralananlar var

Türkiyədə dayancaqda atışma olub, ölən və yaralananlar var

Türkiyənin İzmir şəhərində atışma olub.

Birxeber.Az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Hadisə relsli nəqliyyat vasitələrinin mübadilə mərkəzində qeydə alınıb.

Həyata keçirilən silahlı hücumda 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışlarına başlanılıb.