Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəran rayonunda ağır yol qəzası olub.

"Birxeber.Az"un cənub bürosunun məlumatına görə, yol qəzası rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.