Birxeber.az / Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

19-03-2024, 18:40

Lənkəran rayonunda ağır yol qəzası olub.

"Birxeber.Az"un cənub bürosunun məlumatına görə, yol qəzası rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt