Goranboyda avtomobil qəzası olub, ölən var 

Goranboyda avtomobil qəzası olub, ölən var 

Goranboy rayonu Nadirkənd kəndində ağır avtomobil qəzası olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, avtomobilin divara çırpılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Ölən şəxs Nadirkənd sakinləri - 1987-ci il təvəllüdlü Abdıyev Natiq Əhməd oğlu, xəsarət alan isə 1984-cü il təvəllüdlü Cəfərov İntiqam İbrahim oğludur.

Faktla bağlı araşdırma aparılır.