Birxeber.az / Goranboyda avtomobil qəzası olub, ölən var 

Goranboyda avtomobil qəzası olub, ölən var 

19-03-2024, 17:40

Goranboy rayonu Nadirkənd kəndində ağır avtomobil qəzası olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, avtomobilin divara çırpılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Ölən şəxs Nadirkənd sakinləri - 1987-ci il təvəllüdlü Abdıyev Natiq Əhməd oğlu, xəsarət alan isə 1984-cü il təvəllüdlü Cəfərov İntiqam İbrahim oğludur.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt