İraqda Türkiyə ordusunun əsgəri şəhid olub, 4-ü yaralanıb
İraqda Türkiyə ordusunun əsgəri şəhid olub, 4-ü yaralanıb.
Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN məlumat yayıb.
İraqın şimalında, “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.
İlkin məlumata görə, 6 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.