Abşeronda arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Abşeronda arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Ağayevin həyat yoldaşı Laçın Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.