Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.